Daha bir komanda Dünya çempionatı ilə vidalaşdı

DÇ-2018-də növbəti oyun günü yekunlaşıb. SportLine.az xəbər verir ki, keçirilən görüşlərin ardından daha bir komanda Mundialla vidalaşıb.

"E" qrupunda mübarizə aparan Kosta-Rika Braziliyaya uduzmaqla "pley-off" şanslarını itirib. 

Qeyd edək ki, görüş "sambaçılar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kosta-Rika ilk görüşündə Serbiyaya məğlub olmuşdu - 0:1.