Danimarka - Avstraliya duelində qalib müəyyənləşmədi

DÇ-2018-də 2-ci tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə "C" və "D" qruplarında oyunlar keçiriləcək.

Meydana əvvəlcə "C" qrupunda mübarizə aparan Danimarka və Avstraliya komandaları çıxacaq.

Peru üzərində çətin qələbə qazanan Avropa təmsilçisi, bu dəfə də azarkeşlərini sevindirmək niyyətindədir. Avstraliya isə "pley-off" imkanlarını qorumaq üçün 3 xala iddialıdır.

Samarada təşkil olunacaq oyunun start fiti Bakı vaxtı ilə saat 16:00-da səslənəcək.

Qarşılaşmanı İspaniyadan Antonio Mateu idarə edəcək.


21 iyun 2018
DÇ-2018
"C" qrupu, 2-ci tur

Danimarka - Avstraliya - 1:1
QOLLAR:
Kristian Eriksen, 7 (1:0); Mayl Yedinak, 38/p. (1:1)

Hakim: Antonio Mateu (İspaniya)
"Samara Arena", Samara

1. Danimarka            2 4
2. Fransa 1 3
3. Avstraliya 2 1
4. Peru 1 0