Fransa 1/8 finalda

DÇ-2018-də 2-ci tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə "C" və "D" qruplarında oyunlar keçiriləcək.

"C" qrupunun favoriti - Fransa seçməsi Peru ilə üz-üzə gələcək. Avstraliya üzərində çətin qələbə qazanan avropalılar növbəti 3 xalla "pley-off"a vəsiqəni təmin edə bilərlər. Cənubi Amerika təmsilçisi isə 1/8 final şanslarını qorumaq üçün mübarizə aparacaq.

Yekaterinburqda təşkil olunacaq oyunun start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.

Qarşılaşmanı Birləşmiş Ərəb Əmirliklərindən Abdulla Həsən Məhəmməd idarə edəcək.


21 iyun 2018
DÇ-2018
"C" qrupu, 2-ci tur

Fransa - Peru - 1:0
QOL: 
Kilian Mbappe, 34 (1:0)

CƏZALANDIRMALAR: 
SARI VƏRƏQƏ | Bleyz Matuidi,
16 (Fransa)
SARI VƏRƏQƏ | Paolo Qerrero, 23 (Peru)
SARI VƏRƏQƏ | Pedro Akvino, 80 (Peru)
SARI VƏRƏQƏ | Pol Poqba, 86 (Fransa)

ƏVƏZETMƏLƏR:
Yoşimar Yotun
↔ Cefferson Farfan, 46 (Peru)
Alberto Rodrigez ↔ Anderson Santamaria, 46 (Peru)
Kilian Mbappe ↔ Osman Dembele, 75 (Fransa)
Antuan Qrizmann Nabil Fekir, 80 (Fransa)
Kristian Kueva Raul Ruidiaz, 82 (Peru)
Pol Poqba ↔ Steven N'Zonzi, 89 (Fransa)

Hakim: Abdulla Həsən Məhəmməd (BƏƏ)
"Mərkəzi Stadion", Yekaterinburq

1. Fransa                      2 6
2. Danimarka 2 4
3. Avstraliya 2 1
4. Peru 2 0