DÇ-2018-in iştirakçısından milli komandamıza təklif

2018-ci il Dünya çempionatının iştirakçısı olan İran millisi ilə Azərbaycan seçmə komandası yoldaşlıq görüşü keçirə bilər. 

Sportline.az xəbər verir ki, İranın gənclər və idman naziri Məsud Soltanifər Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovla görüşündə belə təklif irəli sürüb.

Nazir və səfir arasındakı görüşdə ölkələr arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.