DÇ-2018-in talismanı bəlli oldu

2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatının talismanı müəyyənləşib. SportLine.az xəbər verir ki, FİFA-nın saytında aparılan onlayn sorğuya əsasən canavar Zabivaka Mundialın talismanı seçilib.

Qeyd edək ki, sentyabrın 23-də başlamış səsvermədə 3 namizəd var idi. Bunlar pişik, pələng və canavar idi.