DÇ-2018: İngiltərə millisinin heyəti açıqlandı

DÇ-2018-də iştirak edəcək İngiltərə millisinin yekun heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, İngiltərə Futbol Federasiyasının təqdim etdiyi siyahıda bu futbolçular yer alıblar:

Qapıçılar: Cordan Pikford ("Everton"), Cek Batlend ("Stok Siti"), Nik Poup ("Börnli")

Müdafiəçilər: Trent Aleksander-Arnold ("Liverpul"), Kayl Uolker ("Mançester Siti") Kiran Trippyer, Denni Rouz (hər ikisi "Tottenhem"), Harri Magir ("Lester"), Fil Cons ("Mançester Yunayted"), Con Stounz ("Mançester Siti"), Qari Kehill ("Çelsi")

Yarımmüdafiəçilər: Cordan Henderson ("Liverpul"), Erik Dayer, Dele Alli (hər ikisi "Tottenhem"), Cessi Linqard, Eşli Yanq (hər ikisi "Mançester Yunayted"), Fabian Delf ("Mançester Siti"), Ruben Loftus-Çik ("Çelsi")

Hücumçular: Rahim Sterlinq ("Mançester Siti"), Ceymi Vardi ("Lester"), Harri Keyn ("Tottenhem"), Markus Reşford ("Mançester Yunayted"), Denni Uelbek ("Arsenal")

Ehtiyat oyunçular: Tom Hiton, Ceyms Tarkovski, Lüis Kuk, Cek Livermor və Adam Lallana. 

Qeyd edək ki, İngiltərə millisi Belçika, Panama və Tunis yığmaları ilə birgə "G" qrupunda yer alıb.