İngiltərə darmadağınla 1/8 finalda

DÇ-2018-də 2-ci tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə tura yekun vurulacaq.

"G" qrupunda İngiltərə Panama ilə üz-üzə gələcək. İlk oyunda Tunisin müqavimətini çətinliklə qıran İngiltərə növbəti qələbə ilə "pley-off" vəsiqəsini təmin etmək niyyətindədir. Debütant Panama isə azarkeşlərinə sürpriz bəxş etmək istəyir.

Nijni Novqorodda təşkil olunacaq matçın start fiti Bakı vaxtı ilə saat 16:00-da səslənəcək.


24 iyun 2018

DÇ-2018, "G" qrupu, 2-ci turu

İngiltərə - Panama - 6:1
QOLLAR:
Con Stons, 8 (1:0); Harri Keyn, 22/p. (2:0); Linqard, 36 (3:0); Con Stons, 40 (4:0); Harri Keyn, 45+1/p. (5:0); Harri Keyn, 62 (6:0); Felipe Baloy, 78 (6:1)

Nijni Novqorod Stadionu, Nijni Novqorod

1. İngiltərə 2 6
2. Belçika              2 6
3. Tunis 2 0
4. Panama 2 0