DÇ: Azərbaycan Rusiyaya məğlub oldu

Yaponiyada qadın voleybolçular arasında Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə 3-cü tura yekun vurulacaq.

"C" qrupunda mübarizə aparan Azərbaycan Rusiya ilə qarşılaşıb. Qarşılaşmanın taleyi üç setdə həll olunub. Faiq Qarayevin komandası rəqibə ciddi müqavimət göstərsə də, yekunda məğlub olub.

02 oktyabr 2018
Voleybol, DÇ-2018
"C" qrupu, 3-cü tur

Rusiya - Azərbaycan - 3:0 (25:21 | 25:21 | 25:22)

Standings provided by Sofascore LiveScore