Azərbaycan Dünya çempionatında növbəti qələbəsini qazandı

Yaponiyada qadın voleybolçular arasında Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə 4-cü turun görüşləri keçiriləcək.

"C" qrupunda mübarizə aparan Azərbaycan millisi Trinidad və Tobaqo ilə üz-üzə gələcək. 3 oyundan sonra aktivində 1 qələbəsi olan Faiq Qarayevin komandası qələbə qazanmaqla növbəti mərhələ imkanlarını xeyli artıracaq. 

Matç Bakı vaxtı ilə saat 08:40-da başlanacaq.


03 oktyabr 2018
Voleybol, Dünya çempionatı
4-cü tur

Azərbaycan - Trinidad və Tobaqo - 3:0 (29:27 | 25:16 | 25:17)

Standings provided by Sofascore LiveScore