DÇ: Elvin Mürsəliyev "bürünc"ü əldən verdi

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

SportLine.az xəbər verir ki, mundialın 8-ci günündə yunan-Roma güləşi üzrə yığmamızın son 3 üzvü mübarizəyə start verib.

Dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev yarışa inamlı başlayıb. Təcrübəli güləşçimiz polşalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Mürsəliyev 1/8 finalda ABŞ təmsilçisini də üstələyib. Elvin 1/4 finalda ötən il dünya ikincisi olan Rusiya güləşçisiylə qarşılaşıb və rəqibinə yenilib. Rəqib finala çıxdığı üçün güləşçimiz təsəlliverici görüşə çıxıb. Rəqib ötən ilin dünya çempionu Viktor Nemets olub. Bu görüşdən məğlub ayrılan Elvin Mürəsliyev Dünya çempionatını medalsız başa vurub.

Orxan Nuriyev 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisinə məğlub olub. Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti isə ilk mərhələdə ukraynalı həmkarına uduzub.

77 kq
Təsəlliverici görüş - Elvin Mürsəliyev - Viktor Nemets (SRB) 1:5
1/4 final - Elvin Mürsəliyev - Aleksandr Çekirkin (RUS) 0:3
1/8 final - Elvin Mürsəliyev - Kamal Amir Bey (USA) 6:2
1/16 final - Elvin Mürsəliyev - İvan Nilipiuk (POL) 9:0

97 kq
1/16 final - Orxan Nuriyev - Melonin Numonvi (FRA) 0:4

130 kq
Təsnifat - Sabah Şəriəti - Aleksandr Çernetski (UKR) 2:5