DÇ: Güləşçimiz yarımfinalda mübarizəni dayandırdı

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatının üçüncü yarış günündə Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə qoşulub.

SportLine.az xəbər verir ki, İrina Netreba ilk görüşündə Peru təmsilçisini üstələyib. Elis Manolova təsnifat mərhələsində italiyalı rəqibinə uduzub.

65 kq

1/2 final İrina Netreba - Danielle Suzanne Lappaqe (CAN) 0:11
1/4 final - İrina Netreba - Çuyinq Tanq (CHN) - 3:0 
1/8 final - İrina Netreba - Henna Katarina Yohansson (SWE) 3:1
Təsnifat - İrina Netreba - Yanet Ursula Sovero Nino (PER) 6:2

68 kq

Təsnifat - Elis Manolova - Dalma Kaneva (İTA) 1:3

76 kq

1/8 final - Səbirə Əliyeva - Yasemin Adar (TUR) - 0:10 

Qeyd edək ki, ilk yarış günündə Tatyana Omelçenko (59 kq) ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.