De Xeanın əvəzinə, Yan Oblak

David De Xeanı transfer etmək istəyən "Real" "Mançester Yunayted"i razı salmaqda çətinlik çəkir. SportLine.az "Diario Gol"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "kral klubu"nun bütün təkliflərinə "yox" deyiblər. 

Bunun müqabilində, La Liqa təmsilçisi De Xeaya əvəzləyici tapıb. Məlumata görə, "Real" rəhbərliyi De Xeanın keçidini həll edə bilməsə, "Atletiko"nun qapıçısı Yan Oblakın tranferi üçün çalışacaq.

Qeyd edək ki, "Real" Dünya çempionatının ardından De Xea ilə bağlı son cəhdini etmək niyyətindədir.