Debütant Türkiyə toplanışına start verdi

Təlim-məşq toplanışı üçün Türkiyənin Bolu bölgəsinə yollanan "Sabah” komandası ilk məşqinə çıxıb.

SportLine.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında debüt edəcək paytaxt təmsilçi "Vonresort Abant” otelində məskunlaşıb. 

Qeyd edək ki, Türkiyə toplanışı iyulun 29-dək davam edəcək. Hazırlıq müddətində 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komanda iyulun 18-də Türkiyə birinci liqa təmsilçisi "Giresunspor”, iyulun 28-də isə qardaş ölkənin Super Liqa klubu "Alanyaspor”la qarşılaşacaq. Digər 2 rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.