Debütantdan növbəti transfer

Birinci divizionda debüt etməyə hazırlaşan "Binə" daha bir oyunçunu heyətinə cəlb edib. SportLine.az xəbər verir ki, paytaxt klubu  Məhəmməd Bədəlbəyli ilə razılığa gəlib.

Bu barədə klubun "Facebook" səhifəsi məlumat yayıb.

Ötən mövsümü divizionda "Qaradağ Lökbatan" və "MOİK"-in heyətində keçirən 25 yaşlı hücumçu yeni klubunda 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Bədəlbəyli bundan əvvəl "Neftçala", AZAL "Şuşa" və "Lokomotiv-Biləcəri” komandalarının formasını geyinib.