Dibala "Liverpul"a gedir?

Argentinalı futbolçu Paulo Dibala karyerasını İngiltərədə davam etdirə bilər. SportLine.az xəbər verir ki, "Liverpul" 24 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

"TyC Sports"un məlumatına görə, "Yuventus" klubu Kriştianu Ronaldunun transferindən sonra heyətdə dəyişikliklər etməyi planlaşdırır. Bu dəyişikliklərə əsasən, P.Dibala və Qonzalo İquainin komandadan ayrılması mümkündür.

"Liverpul" klubu P.Dibalanı heyətinə cəlb etmək istəyir. Klubun futbolçunun agenti ilə danışıqlara başladığı bildirilir. Q.İquainin isə "Çelsi"yə keçəcəyi gözlənilir.