Dieqo Qodin "Qarabağ"ın oyununu dəyərləndirib

"Çox çalışsaq da, qol vurmağı bacarmadıq. "Qarabağ"la Madriddəki oyunda qələbə qazanmalıyıq”. Fanat.Az xəbər verir ki, bu sözləri "Atletiko”nun müdafiəçisi Dieqo Qodin deyib.

 

"Atletiko"nun müdafiəçisi Dieqo Qodin Çempionlar Liqasının III turundakı oyunla bağlı fikirlərini bölüşüb. Sportline.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında "Qarabağ”ın oyununu belə dəyərləndirib: "Müdafiəni yarmaqda çətinlik çəkdik. Vaxt daraldıqca gərginlik artdı. Bu üzdən oyun düzənimiz pozuldu və nəticədə qələbə qazanmaq mümkün olmadı. Rəqibin gücünü də vurğulamaq lazımdı. "Qarabağ" güclü komandadı. Maraqlı oyun dəsti-xətti var. Boşluqlardan məharətlə yararlanırdılar".