Dino Ndlovu Çin çempionatında qol hesabını açdı

Çinin “Zeyanq Qrintaun” klubunun şərəfini qoruyan Dino Ndlovu yeni çempionatda ilk qolunu vurub.

Sportline.az xəbər verir ki, “Qarabağ”ın sabiq hücumçusu rəsmi debüt oyununda, “Nei Mongol Zhongyou” komandasının qapısına yol tapıb. Cənubi Afrikalı futbolçu 2:0 hesabı ilə yekunlaşan görüşün 56-cı dəqiqəsində hesabı açıb.