Derbidə 4 qırmızı, 3 qol

Bu gün futbolsevərlərin diqqəti İstanbula yönələcək. SportLine.az xəbər verir ki, əzəli rəqiblər - "Fəbərbağça" və "Beşiktaş" Kadıköydə münasibətləri aydınlaşdıracaq. 

Mövsümə uğursuz start verən "sarı bülbüllər" doğma meydanda qələbə qazanmaq niyyətindədirlər. Zirvə yarışından qopmaq istəməyən "qara qartal" da 3 xal barədə düşünür.

Bakı vaxtı ilə 20:30-da başlanacaq görüşü Ali Palabıyık idarə edəcək.

23 sentyabr 2017
Superliqa, 6-cı tur

"Fənərbağça" - "Beşiktaş" - 2:1
QOLLAR:
Culiano, 20/p. (1:0); Yanssen, 86/p. (2:0); Babel, 87 (2:1)
QIRMIZI VƏRƏQƏLƏR: Kuareşma, 43 ("Beşiktaş"), Neto, 45 ("Fənərbağça"); Hatçinson, 85 ("Beşiktaş"); İsmail Köybaşı, 88 ("Fənərbağça")