"Döyüşmədən qələbə qazanmaq mümkün deyil" - Zinəddin Zidan

"Bu klubun böyük tarixi var və biz də bu tarixi qazandığımız uğurlarla bir az da zənginləşdiririk". SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinal mərhələsində "Bavariya"ya qarşı keçirilən görüşdən sonra deyib.

Komandasından razı qaldığını bildirən fransalı mütəxəssis, "Hər iki oyun qol buraxandan sonra vəziyyəti dəyişdik. "Real" heç vaxt təslim olmur. Qələbə üçün də komanda ruhu və inam lazımdır. Belə rəqiblərlə görüşdə döyüşmədən qələbə qazanmaq mümkün deyil. Hələ işimiz bitməyib. Bizi final oyunu gözləyir və artıq final haqda düşünə bilərik", - deyə bildirib.