Belçika 5 qolla 3 xal qazandı

DÇ-2018-də 2-ci tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, futbolsevərlər növbəti oyun günündə "F" və "G" qrupunda mübarizələrə şahidlik edəcəklər. 

"G" qrupunda keçiriləcək yeganə matçda Belçika və Tunis milliləri münasibətləri aydınlaşdıracaq. İlk oyunda İngiltərəyə çətin anlar yaşadan Afrika təmsilçisi, bu dəfə meydanı xal, və ya xallarla tərk etməyə çalışacaq. Belçika isə növbəti qələbə ilə "pley-off" vəsiqəsini təmin etmək arzusundadır. 

Moskvada təşkil olunacaq görüşün start fiti Bakı vaxtı ilə saat 16:00-da səslənəcək.

Qarşılaşmanı ABŞ-dan Ceyr Marrufo idarə edəcək.

23 iyun 2018
DÇ-2018
"G" qrupu, 2-ci tur

Belçika - Tunis - 5:2

QOLLAR: Eden Hazard, 6/p. (1:0); Romelu Lukaku, 16 (2:0); Dilan Bronn, 18 (2:1); Romelu Lukaku, 45+3 (3:1); Eden Hazard, 51 (4:1); Mişi Baçuayi, 90 (5:1); Vahbi Xəzri, 90+3 (5:2)

Hakimlər: Ceyr Marrufo, Kori Rokuell (hər ikisi ABŞ), Xuan Zumba (Salvador), Andres Kunya (Uruqvay)
"Spartak Stadionu", Moskva

1. Belçika                           2 6
2. İngiltərə 1 3
3. Tunis 2 0
4. Panama 1 0