Azərbaycan millisinin iştirakı ilə Dünya çempionatı başlayır

Sabah Yaponiyada qadın voleybolçular arasında Dünya çempionatı start götürəcək. SportLine.az xəbər verir ki, Azərbaycan millisi ilk oyununa sabah çıxacaq. Rəqib ABŞ seçməsi olacaq.

Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv dünya çempionatına 14 idmançı ilə yollanıb.

Komandanın heyəti: Yana Əzimova, Anastasiya Qurbanova, Odina Əliyeva, Ayşən Əbduləzimova, Alyona Həsənova, Yelizaveta Səmədova, Natalya Məmmədova, Yana Kulan, Kristina Yaqubova, Aynur İmanova, Yuliya Kərimova, Polina Rəhimova, Şəfaqət Alışanova, Bəyaz Əliyeva.

Azərbaycan seçməsi "C" qrupunda mübarizə aparır. ABŞ-la yanaşı, Trinidad və Tobaqo, Cənubi Koreya, Rusiya və Tayland da millimizin rəqibləri sırasındadır.