Dünya çempionatına ev sahibliyi edəcək daha bir arenaya ot örtüyü salındı

DÇ-2018-in oyunlarını qəbul edəcək stadionlardan birində də hazırlıq mərhələsi yekunlaşır.

Sportline.az xəbər verir ki, "Samara arena"ya artıq ot örtüyü də sərilib.

Qeyd edək ki, Samara şəhərinin yeni tikilən stadionunda Kosta -Rika - Serbiya, Danimarka - Avstraliya, Uruqvay-Rusiya, Seneqal-Kolumbiya oyunları ilə yanaşı 1/8 və 1/4 finalın bir qarşılaşması olacaq.