Dünya çempionatında Azərbaycanın növbəti rəqibləri

Yaponiyada qadın voleybolçuların Dünya çempionatında I mərhələ yekunlaşıb. SportLine.az xəbər verir ki, "C" qrupunda 4-cü pillənin sahibi olan Azərbaycan seçməsi də yoluna davam edir. 

Artıq Faiq Qarayevin rəhbərlik etdiyi komandanın II mərhələdəkirəqibləri də bəllidir. "F" qrupunda yarışacaq Azərbaycan millisi İtaliya, ABŞ, Çin, Rusiya, Tayland, Türkiyə və Bolqarıstanla mübarizə aparacaq. II mərhələ çərçivəsində voleybolçularımız 4 oyun keçirəcək:

07 oktyabr | İtaliya - Azərbaycan
08 oktyabr | Çin - Azərbaycan
10 oktyabr | Türkiyə - Azərbaycan
11 oktyabr | Bolqarıstan - Azərbaycan

Qruplarda ilk üç yeri tutan komanda adını növbəti mərhələyə yazdıracaq.

Qeyd edək ki, Azərbaycan II mərhələdə mübarizəyə 6 xalla başlayacaq. 15 xalı olan İtaliya isə qrupun lideridir.