Dünya çempionatında daha iki medal

Güləşçilərimiz Moskvada hərbçilərin dünya çempionatında daha iki medal qazanıblar.

Sportline.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yarışan Kənan Əliyev gümüş medala layiq görülüb.

97 kq çəki dərəcəsində mübarizə aparan Roman Bəkirov 3-cü yer uğrunda görüşdə Kolumbiya idmançısına qalib gəlib.

Qeyd edək ki, yarışın ilk günlərində Ceyla Nağızadə (65 kq) qızıl, Sona Tumarxanova (50 kq), Ağahüseyn Mustafayev (65) və Coşqun Əzimov (74) bürünc medal qazanıb. Murad Məmmədov (60 kq) və Ülvi Qənizadə (72 kq) isə bu gün final görüşlərinə çıxacaqlar.

Dünya çempionatına mayın 20-də yekun vurulacaq.