Dünya çempionatında finalçılar müəyyənləşdi

Yaponiyada qadın voleybolçuların Dünya çempionatı sona yaxınlaşmaqdadır. SportLine.az xəbər verir ki, artıq həlledici görüşün iştirakçıları bəlli olub.

Beləliklə, finalda İtaliya və Serbiya komandaları üz-üzə gələcək.

Çin və Hollandiya isə bürünc medalın sahibini müəyyənləşirəcək.