Dünya çempionatında qrup mərhələsi yekunlaşdı

Yaponiyada təşkil olunan qadın voleybolçular arasında Dünya çempionatında qrup mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha 12 qarşılaşma keçirilib. 

"A"qrupunda Hollandiya, Argentina, Yaponiya, "B" qrupunda Bolqarıstan, Türkiyə, İtaliya, "C" qrupunda Cənubi Koreya, Tayland, ABŞ və "D" qrupunda Serbiya, Dominikan Respublikası, Braziliya günü qələbə ilə bitirib.

Bu nəticələrin ardından Hollandiya, Yaponiya, Almaniya, Meksika, İtaliya, Çin, Türkiyə, Bolqarıstan, ABŞ, Rusiya, Tayland, Azərbaycan, Serbiya, Braziliya, Dominikan Respublikası və Puerto Riko növbəti mərhələyə vəsiqə qazanıb.