Dünya çempionatının son günündə daha 3 medal

Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı başa çatıb.

SportLine.az xəbər verir ki, son yarış günündə 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 3 bürünc medalla başa vurub.

Qurban Qurbanov (45 kq), Həsrət Cəfərov (51 kq) və Adəm Hacızadə (60 kq) fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb. Güləşçilərimiz müvafiq olaraq Yaponiya, Ermənistan və Hindistan idmançılarından üstün olub. 

45 kq 
Bürünc medal görüşü - Mizuki Araki (JPN) - Qurban Qurbanov 0:2
1/2 final - Hennadi Zevartailo (UKR) - Qurban Qurbanov 6:1
1/4 final - Qurban Qurbanov - Akyikat Kuljigit Uulu (KGZ) 6:2
1/8 final - Qurban Qurbanov - Abdulla Mohamed Şaban (EGY) 10:1

51 kq 
Bürünc medal görüşü - Həsrət Cəfərov - Robert Karapetyan (ARM) 4:2
Təsəlliverici görüş - Həsrət Cəfərov - Adomas Grigaliunas (LTU) 7:1
1/8 final - Həsrət Cəfərov - Lazizxon Uzbekov (UZB) 4:9

60 kq
Bürünc medal görüşü - Adəm Hacızadə - Praveş Praveş (İND) 6:3 
Təsəlliverici görüş - Vladislav Karasev (RUS) - Adəm Hacızadə 0:8
1/4 final - Şahin Badaği (İRİ) - Adəm Hacızadə 9:0
1/8 final - Kosei Takeşita (JPN) - Adəm Hacızadə 5:6
1/16 final - Vilius Savickas (LTU) - Adəm Hacızadə 2:3

92 kq
1/4 final - Laçın Vəliyev - Laşa Tvildiani (GEO) 1:4
1/8 final - İvan Suvalau (BLR) - Laçın Vəliyev 3:5 

Azərbaycan Güləş Federasiyasının məlumatı