Dünya çempionumuz bürünc medal qazandı

Taekvondoçumuz Milad Beiqi Harçeqani daha bir mükafata layiq görülüb.

Sportline.az xəbər verir ki, idmançımız bu gün Çinin Usi şəhərində start götürən "Grand Slam” seriyasında fərqlənib. 80 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu, Rio-2016-nın bürünc, IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı yarışa 1/4 finaldan başlayıb.

Harçeqani ilk döyüşdə norveçli Riçard Andre Ordemanna 29:22 hesabı ilə qalib gəlib. Ardınca rusiyalı Maksim Xramtsova 6:19 hesabı ilə uduzan taekvondoçumuz 3-cü yer uğrunda qarşılaşmada rusiyalı Anton Kotkovla görüşüb. 17:7 hesabı ilə qələbə çalan təmsilçimiz yarışı bürünc medalla bitirib.