Dünya kuboku Azərbaycanda keçirilə bilər

Altı ilə əvvəl Azərbaycanda Dünya Kuboku çox yüksək səviyyədə keçirilmişdi. Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov mənimlə görüşdə yenidən bu yarışı təşkil etmək niyyətini ifadə etdi”. 

Sportline.az xəbər verir ki, bunu Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Tamaş Ayan Bakıda təşkil etdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, Azərbaycanla yanaşı, Rusiya, Çin və ABŞ da bu yarışın təşkilində maraqlıdır: "Razılaşdıq ki, bununla bağlı layihə hazırlansın və gələn il Dünya Kuboku Azərbaycanda keçirilə bilsin. Bunun üçün növbəti həftələrdə vitse-prezident Tofiq Heydərovla görüşüm olacaq. Çin və Rusiya da bu yarışı keçirmək istədiyini bildirib. Mən isə Dünya Kubokunun Azərbaycan və ABŞ-da da təşkil olunmasını istərdim. Yarış üçün mükafat fondu və xüsusi reqlament olmalıdır”.