Dünya kuboku İlham Əliyevə təqdim edildi

Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.

SportLine.az “Azərtac”a istinadən xəbər verir ki, fevralın 9-da kubok Azərbaycan Respublikası Prezidentinə təqdim olunub. 

Kubok futbol üzrə dünya çempionatı kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.