Dünya Kuboku: Seçməmiz ikinci oldu

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışları başa çatıb. 

SportLine.az xəbər verir ki, yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparıb və bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda rəqib digər yarımqrupda Hindistan, Gürcüstan və Yaponiya komandalarını üstələyən ABŞ idmançıları olub. Gərgin keçən qarşılaşma ABŞ yığmasının 6:4 hesablı qələbəsi ilə başa çatıb. Yığma komandamız Dünya ikincisi olub və gümüş medallara layiq görülüb. 

FİNAL - ABŞ - AZƏRBAYCAN 6:4

57 kq - Tomas Gilman (USA) - Georgi Edişeraşvili 7:8
61 kq - Kendric Maple (USA) - Əfqan Xaşalov 6:2
65 kq - Logan Stieber (USA) - Hacı Əliyev 6:3
70 kq - James Green (USA) - Coşqun Əzimov 4:4*
74 kq - Jordan Burroughs (USA) - Hacımurad Ömərov 7:0
79 kq - Kyle Dake (USA) - Cəbrayıl Həsənov 5:3
86 kq - David Taylor (USA) - Aleksandr Qostiyev 12:2
92 kq - J’den Cox (USA) - Aslanbek Alborov 4:4*
97 kq - Kyle Snyder (USA) - Roman Bəkirov 14:3
125 kq - Nick Gwiazdowski (USA) - Cəmaləddin Məhəmmədov 3:4 

Azərbaycan Güləş Federasiyasının məlumatı