Duqlas Kostanın "tüpürcək cəzası" müəyyənləşdi

İtaliya A Seriyasının 4-cü turu çərçivəsində keçirilən "Yuventus" - "Sassuolo" görüşündə qırmızı vərəqə ilə cəzalandırılan Duqlas Kostanın cəzası müəyyənləşib. SportLine.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisinin futbolçusu A Seriyanın növbəti turunu kənardan izləməli olacaq. 

Qeyd edək ki, "Yuventus" növbəti turlarda "Frozinone", "Bolonya", "Napoli" və "Udineze" ilə görüşəcək.

Xatırladaq ki, D.Kosta "Sassuolo"nun futbolçusu Federiko Di Françeskonun üzünə tüpürdüyü üçün cəzalandırılıb.