Dünya çempionatında ilk medal

Taekvondo üzrə seçmə komandamız  Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında ilk medalını qazanıb. Sportline.az xəbər verir ki,  63 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Məmmədov  3-cü yerlə kifayətlənib. O, yarımfinalda iranlı Mirhaşim Husseynə məğlub olub. Məmmədov bir gün baş tutan ilk görüşlərdə isə Sərdar Tahirovu (Özbəkistan) 10:3, ardınca Maktar Əl Məhəmməd Diaonu (Seneqal) 26:6 hesabı ilə məğlub edib. Həmyerlimiz 1/8 finalda portuqaliyalı Nuno Kosta üzərində də inamlı qələbə qazanıb – 35:17. O, yarımfinala gedən yolda Bolat İzutdinovla (Rusiya) üz-üzə gəlib. Taekvondoçumuz bu döyüşü də aktivinə yazıb. O, rəqibini 11:7 hesabı ilə məğlub edib. Bu gün Milad Beiqi Harçeqani (80 kq) də yarımfinala yüksəlib. O, final üçün moldovalı Aaron Kukla üz-üzə gələcək.