Dzaqoyev üçün Mundial bitdi

Rusiya millisinin üzvü Alan Dzaqoyevin zədəsi ciddir. SportLine.az xəbər verir ki, bu barədə Rusiya millisinin həkimləri ilkin rəylərində qeyd ediblər. 

Məlumata görə, A.Dzaqoyev əzələsini dartıb və onun zədəsini bərpa etməsi üçün, ən azı, üç həftə vaxt tələb olunur.

Qeyd edək ki, futbolçu Rusiya - Səudiyyə Ərəbistanı (5:0) görüşünün 24-cü dəqiqəsində meydanı məcburiyyətdən tərk etməli olub. Onu Denis Çerışev əvəzləyib.