Eddi oynadı, komandası qələbə qazandı

Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Ximnastik" İspaniya "Sequnda"sında növbəti görüşünü keçirib. SportLine.az xəbər verir ki, rəqib "Osasuna" kollektivi olub.

Qarşılaşma "Ximnastik"in qələbəsi ilə yekunlaşıb - 2:0.

E.İsrafilov meydana start heyətində çıxıb və 42-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Ximnastik" 28 xalla 12-ci pillədə qərarlaşıb.