Eden Azar üçün 151 milyon funt-sterlinq

"Real" Eden Azarı heyətində görməkdə israrlıdır.

SportLine.az xəbər verir ki, "kral klubu" artıq "Çelsi" ilə futbolçunun keçidi üçün razılıq əldə edib. Bu barədə "Talksport" məlumat yayıb.

Xəbərdə La Liqa təmsilçisinin "zadəganlar"a 151 milyon funt-sterlinq ödəməyə hazır olduğu bildirilib. 

E.Azarın cari mövsümün sonunda "Real"ın heyətinə qoşulacağı gözlənilir.

Qeyd edək ki, Belçika millisinin üzvü 2012-ci ildən "Çelsi"nin şərəfini qoruyur.