Sabiq "Qarabağ"lı Avstraliya klubunda

"Qarabağ"ın sabiq futbolçusu Leroy Corcun yeni klubu müəyyənləşib. SportLine.az xəbər verir ki, futbolçu karyerasını Avstraliyada davam etdirəcək. 

Ağdam klubundan ayrıldıqdan sonra o, müxtəlif vaxtlarda Türkiyənin "Göztəpə" və "Adana Demirspor" komandalarında çıxış edən yarımmüdafiəçi "Melbrun Viktori" ilə razılığa gəlib. Onunla bir illik müqavilə imzalanıb.

Xatırladaq ki, 30 yaşlı futbolçu 2013-2015-ci illərdə Ağdam təmsilçisinin şərəfini qoruyub.