Elçin Əsədov Ukraynada fəxri kürsüyə qalxdı

Ukraynanın Odessa şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı "Ribas” turu keçirilib. Sportline.az xəbər verir ki, birgünlük yarışda Azərbaycan seçmə komandasının 4 üzvü – Elçin Əsədov, Ənvər Asanov, İsmayıl İlyasov və Musa Mikayılzadə iştriak edib. Velosipedçilərimizdən ən yüksək nəticəyə yığmamızın lideri Elçin Əsədov imza atıb – o, 154 km məsafəni 3 saat, 42 dəqiqə, 55 saniyəyə qət edərək finiş xəttini 3-cü keçib. Bu nəticə idmançımıza 25 reytinq xalı qazandırıb.