Əliyar Ağayev 2-ci kateqoriyada qaldı

2017-ci ilin FİFA hakimlərinin UEFA kateqoriyaları açıqlanıb. Sportline.az UEFA-nın rəsmi saytına istinadən  xəbər verir ki, Azərbaycan hakimlərindən Əliyar Ağayev 2-ci, Rəhim Həsənov 3-cü kateqoriyada qalıb. FİFA statusunu yeni əldə edən Ömər Paşayev də sonuncular sırasındadır. 

Qeyd edək ki, bir neçə gün əvvəl, yerli mətbuatda Əliyar Ağayevin 1-ci kateqoriyaya yüksəldiyi haqda xəbərlər dolaşırdı. Bu gün açıqlanan rəsmi məlumat həmin xəbərlərin şaiyədən başqa bir şey olmadığını üzə çıxardı.