Əliyar Ağayev Avropa Liqasına təyinat aldı

Azərbaycanlı hakim Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb. SportLine.az xəbər verir ki, FİFA referisi yarışın II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Kayrat" (Qazaxıstan) - AZ Alkmaar (Hollandiya) matçında əsas söz sahibi olacaq.

Ə.Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov yan xətt, Orxan Məmmədov dördüncü hakim qismində kömək edəcək.

Çexiyalı Miroslav Liba hakim-inspektor, gürcüstanlı Vaxtanq Bzikadze UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 26-da Almatıdakı "Ortalıq" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.