Əliyar Ağayev yeni təyinat aldı

FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edəcək. Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki,  Ağayev Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) – “Viktoriya” (Çexiya) oyununda ədaləti təmsil edəcək. Bu görüş iyulun 25-də baş tutacaq. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov  yerinə yetirəcək.