Emin Mahmudov debüt etdi

Azərbaycan millisinin üzvü Emin Mahmudov Topaz Premyer Liqasında ilk oyununa çıxıb. SportLine.az xəbər verir ki, "Qəbələ" - "Neftçi" görüşünün 63-cü dəqiqəsində meydana daxil olan futbolçu debüt edib.

Qeyd edək ki, E.Mahmudov "Neftçi" ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.