Emin Mahmudov müqavilə bağladı

"Neftçi” milli komandamızın üzvü ilə münasibəti rəsmiləşdirib. Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Emin Mahmudovla mövsümün sonunadək müqavilə bağlanıb.  25 yaşlı futbolçunun 8 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Rusiyanın "Saturn” klubunun yetirməsi olan Emin Mahmudovun sonuncu klubu "Boavişta” (Portuqaliya) olub.