Emre Can İtaliya klubuna keçir

"Liverpul"un futbolçusu Emre Can karyerasını İtaliyada davam etdirəcək. SportLine.az xəbər verir ki, türk əsilli futbolçu "Yuventus"la razılığa gəlib.

"Gazetta dello Sport"un məlumatına görə, futbolçu bir neçə gün ərzində Turin təmsilçisi ilə müqavilə imzalayacaq. "Yuventus"un idman direktoru Cuzeppe Moratta 24 yaşlı yarımmüdafiəçi ilə ayın sonunadək münasibətləri rəsmiləşdirəcəklərini deyib.

Qeyd edək ki, E.Can 2014-cü ildən "Liverpul"un şərəfini qoruyur.