"Ən yaxşı mənəm" - Lebron Ceyms

"Mövsümün ən dəyərli oyunçusu mükafatı üçün səs versəydim, özümü seçərdim". SportLine.az xəbər verir ki, bu sözləri "Klivlend Kavalyers" komandasının üzvü LeBron Ceyms deyib.

Amerika basketbolçu Müntəzəm Çempionatda mövsümün ən yaxşısı olduğunu bildirib:

"Mövsüm çox ağır keçdi. Müxtəlif çətinliklərlə üzləşdik. Zədələr istədiyimiz oyunu sərgiləməyə imkan vermədi. Bununla belə, "suda batmaqdıq". Karyeramın 15-ci ilindəyəm. Çoxları məni yaşlı hesab etsə də, onlara bunun səhv olduğunu sübut etmək niyyətindəyəm".

Qeyd edək ki, "Klivlend Kavalyers" Şərq Konfransında 3-cü pillədə qərarlaşıb.