"Ən yaxşı məşqçi" - Didye Deşam

FİFA ötən mövsümün ən yaxşı baş məşqçisinin adını açıqlayıb. SportLine.az xəbər verir ki, bu ada Fransa millisinin baş məşqçisi Didye Deşam layiq görülüb. O, Zinəddin Zidan ("Real") və Zlatko Daliçi (Xorvatiya) üstələyib.

Qeyd edək ki, D.Deşam bu il Fransa millisi ilə Dünya çempionu olub.