Eyni komandanın futbolçuları arasında dava

Fransa II Liqasında keçirilən "Keviyi Ruan" - "Oser" görüşü qalmaqalla yadda qalıb. SportLine.az xəbər verir ki, qonaqlar hücumda olarkən "Keviyi Ruan"ın iki futbolçusu - Pyer-İv Poloma və Mikael Baretto arasında mübahisə yaşanıb. Futbolçular bir-birinə zərbələr endiriblər.

Hakim hər iki futbolçunu meydandan qovub.