Farer adaları - Azərbaycan oyunu təxirə salına bilər

UEFA Millətlər Liqasının üçüncü turunda bu gün keçirilməsi nəzərdə tutulan  Farer adaları - Azərbaycan oyunu təxirə salına bilər.

SportLine.az Qol.az saytına istinadən xəbər verir ki, buna səbəb dumanlı hava şəraitidir. Hazırda "Torsvollur” stadionunu qatı dumana bürünüb və çiskinli hava hökm sürür.

Qeyd edək ki, UEFA-nın qaydalarına əsasən qapıdan meydanın mərkəzi görünmürsə, oyun təxirə salınmalıdır.

Xatırladaq ki, Farer adaları – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlamalıdır.