Fatih Terimin sürprizi - Pato

Fatih Terimin sürpriz transferinin kim olduğu müəyyənləşib. SportLine.az xəbər verir ki, mütəxəssis Aleşandre Patonu "Qalatasaray"a gətirmək niyyətindədir.

Bu barədə məlumatı "Fotomaç" yayımlayıb. 

Xəbərə görə, F.Terim qış transfer pəncərəsində braziliyalı futbolçunu komandaya cəlb etmək fikrindədir.

Qeyd edək ki, 28 yaşlı hücumçu Çinin "Tyançin Çyuançyan" klubunun şərəfini qoruyur.