"Fənərbağça" prezidenti komandanı cəzalandırdı

Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində "Akhisar"ın qonağı olan "Fənərbağça" İstanbula təyyarə ilə deyil, avtobusla qayıdıb. SportLine.az "NTV"yə istinadən xəbər verir ki, bu barədə klub prezidenti Ali Koç qərar qəbul edib.

0:3 hesablı məğlubiyyətlə yekunlaşan matçın ardından komanda ilə görüşən Ali Koç yarım saata yaxın futbolçularla söhbət edib. Ardınca onların cəzalandırıb və İstanbula avtobusla qayıdacaqlarını bildirib.

İstanbulda isə komandanın avtobusunu bir neçə azarkeş qarşılayıb. Futbolsevərlər "Fənərbağça" futbolçuları və məşqçi heyətinə qarşı şüarlar səsləndiriblər.

Qeyd edək ki, "Akhisar" məğlubiyyətinin ardından "Fənərbağça" Super Liqadan aşağı liqaya düşmə xəttində qərarlaşıb. Hazırda hesabında 14 xal olan İstanbul klubu 16-cıdır.

Standings provided by Sofascore LiveScore